Rauf 8-ci, Şəhriyar 26-cı oldu

Fransanın Orsay şəhər merinin təşkilatçılığı ilə keçirilmiş “La ville d’Orsay” onlayn şahmat turniri başa çatıb. Allsport.az xəbər verir ki, 294 şahmatçının mübarizəyə qoşulduğu yarışda təmsilçilərimizdən ən yaxşı nəticəni Rauf Məmmədov (8,5 xal, 8-ci yer) göstərib.

Şəhriyar Məmmədyarov 7,5 xalla 26-cı yeri tutub. Onunla eyni xalı yığan Fransada yaşayan həmyerlimiz və turnirin təşkilatçılarından biri olan Namiq Quliyev isə 29-cu pillədə qərarlaşıb.

Yarışın qalibi 11 turdan 10 xal toplayan Gürcüstan təmsilçisi Baadur Jobava olub.

Həmin kateqoriyadan