Rauf Məmmədov AzDBTİA-nın tələbələrinə seans verib

28 may – Müstəqillik günü ilə əlaqədar dövlət bədən tərbiyəsi və idman akademiyasının tələbə həmkarlar ittifaqı komitəsinin təşəbbüsü ilə 3-qat Avropa çempionu Rauf Məmmədov 30 taxtada şahmat ixtisasçıları ilə eynivaxtlı oyun seansı keçirib. Allsport.az saytı xəbər verir ki, görüşlərdən əvvəl AzDBTİA-nın rektoru Fuad Hacıyev yarış iştirakçılarını salamlayaraq, müstəqillik tariximiz haqqında danışıb və iştirakçılara uğurlar arzulayıb.

Tədbirdə Akademiyanın tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağızadə, idman işləri üzrə prorektoru Fərid Mansurov, elmi katib, şahmat üzrə beynəlxalq dərəcəli hakim Bəxtiyar Rüstəmov, gənclər və idman nazirliyinin nümayəndəsi hakim Lütfiyar Rüstəmov, akademiyanın idmanın oyun növləri kafedrasının müdiri, dosent İlqar Əliyev də iştirak edib.

Həmin kateqoriyadan