Rauf Məmmədov da Vüqar Həşimov Memorialında çıxış edəcək

Azərbaycan qrossmeysteri Rauf Məmmədovun adı İkinci Vüqar Həşimov Memorialına dəvət olunmuş şahmatçıların siyahısına daxil edilib. Allsport.az xəbər verir ki, bu xəbər Azərbaycan çempionu üçün tamamilə gözlənilməz olub.

Rauf Məmmədov əvvəl adları elan olunmuş şahmatçılardan hansının əvəzinə oynayacağı hələ məlum deyil. Bununla bərabər, turnirin dəqiq müddəti məlumdur: Memorial bu il aprelin 16-dan 25-dək Şəmkirdə keçiriləcək.

Xatırladaq ki, Həşimov Memorialında dünyanın ən güclü 10 qrossmeysterinin iştirakı nəzərdə tutulur: dünya çempionu Maqnus Karlsen (Norveç, 2865), Fabiano Karuana (İtaliya, 2811), Veselin Topalov (Bolqarıstan, 2800), sabiq dünya çempionu Vişvanatan Anand (Hindistan, 2797), Aniş Giri (Niderland, 2797), Uesli So (ABŞ, 2788), Vladimir Kramnik (Rusiya, 2783), Maksim Vaşye-Laqrav (Fransa, 2775), Şəhriyar Məmmədyarov (Azərbaycan, 2759) və Teymur Rəcəbov (Azərbaycan, 2731).

Həmin kateqoriyadan