Rauf Məmmədov parlaq qələbə ilə dünya şahmatını xilas etdi!

Millimizin şahmatçısı Rauf Məmmədov növbəti uğura yetişib. Allsport.az saytı xəbər verir ki, qrossmeysterimiz “Naroditski dünyaya qarşı” zolağında Daniel Naroditskini məyus edib.

Özünü sürətli şahmatda qarşısıalınmaz hesab edən 25 yaşlı ABŞ şahmatçısı dünya çempionu Maqnus Karlsen daxil olmaqla, ən güclü şahmatçıları sıradan çıxarıb.

Partiyaları şərh edən qrossmeysterlər Mariya FominaAleksandr Morozeviç həmyerlimizi tərifləyiblər. Seriyada 13:1 hesabı ilə öndə olan təşkilatçının 15-ci rəqibi Rauf olub. Məmmədov onu 36:25 üstələyib.

Danielin valideynləri Bakılı olub və sonradan Amerikaya köçüblər. .

Həmin kateqoriyadan