Rauf Məmmədov: Uduzmaqdan qorxmuram

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2016” superturnirində 5-ci turunda Rauf Məmmədov komanda yoldaşı Şəhriyar Məmmədyarovla heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, blits üzrə Avropa çempionu həmkarı ilə matç barədə bunu deyib:

“Şəhriyarı çoxdan tanıyıram. Şəmkirdə ona qarşı xüsusi taktikayla oynamaq alınmadı. 2015-ci ildə burada çox maraqlı oyunumuz olmuşdu. İndiki halda heç-heçə oyuna görə oldu.

Azərbaycan yığmasında birgə çıxış edirik, dostluğumuz var. Bəlkə də bu səbəbdən münasibətlərə üstünlük verilir. Mənim üçün başqa rəqibə qarşı oynamaq daha yaxşıdır. Uduzmaqdan qorxmuram. Lakin başqa rəqibə qarşı oynasaydım daha rahat mübarizə aparardım”.

Həmin kateqoriyadan