Rauf Məmmədov yenə komandamıza qələbə qazandırıb

Batumidə komandalararası Avropa çempionatında 4-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, bu rəqabətdə hər 2 millimiz sevinib. Bu qələbələrdən sonra 6 xalımız var. Kişilər 5-ci, qadınlarımız 7-ci yerdədirlər. Növbəti turda güclü cinsin nümayəndələri xorvatlarla, zəriflərimiz italiyalılarla qaşılaşacaqlar.

AZƏRBAYCAN – ÇEX RESPUBLİKASI 2,5:1,5
Şəhriyar Məmmədyarov – David Navara 1/2:1/2
Arkadi Naydiç – Viktor Lazniçka 1/2:1/2
Rauf Məmmədov –  İrji Stotsek 1:0
Qədir Hüseynov – Peter Mixalik 1/2:1/2

AZƏRBAYCAN – RUMINİYA 2,5:1,5
Günay Məmmədzadə – İrina Bulmaqa 1:0
Xanım Balacayeva – Korina-İzabella Peptan 0:1
Gülnar – Məmmədova – Yelena-Lümnita Kosma 1/2:1/2
Türkan Məmmədyarova – Miruna-Dariya Lexaçi 1:0


Həmin kateqoriyadan