Rauf Məmmədovun təşkil etdiyi yarışda kimlər qalib olub?

Şahmat millimizin üzvü Rauf Məmmədovun təşəbbüsü və dəstəyi ilə “Biz birlikdə güclüyük” adlı onlayn turnir baş tutub. Allsport.az xəbər verir ki, 17 yaşadək şahmatçıların qatıldığı yarış İsveçrə sistemi üzrə baş tutub və 11 turdan ibarət olub.

Turnirin qalibi Xəzər Babazadə olub. Elmar Atakişiyev 2-ci, Mələk İsmayıl 3-cü olub. Qızlar arasında Aysel Cəfərova ən yaxşı nəticəni qazanıb. 12 yaşadək şahmatçılar arasında Əli Süleymanov 1-ci yeri tutub.

Rauf Məmmədov yarışa 500 manat mükafat fondu qoyub. Bu məbləğ ilk 10 yeri tutan və qızlar ilə 12 yaşadək uşaqlar arasında ilk pillədə qərarlaşan şahmatçılar arasında bölüşdürülüb.

Həmin kateqoriyadan