Raufdan növbəti uğur. O, Fişer şahmatında da 1-ci oldu

Milli komandamızın aparıcı üzvü Rauf Məmmədov (2659) növbəti uğura yetişib. Allsport.az xəbər verir ki, o, lichess.com saytının təşkil etdiyi “Chess960 Titled Arena June 20” yarışında qalib gəlib. Fişer şahmatında 3493 partiya oynanılıb. Qrossmeysterimiz bu ilin yanvarında qeydiyyatdan keçib. Rauf ötən ay Azərbaycanın və Gürcüstanın müstəqillik günlərinə həsr ediliən blits üzrə onlayn “İpək yolu kuboku”nda da 1-ci olmuşdu. 

Lichess eyni adlı qeyri-kommersiya təşkilatı tərəfindən idarə olunan pulsuz və açıq mənbəli İnternet şahmat serveridir. Hər kəs anonim oynaya bilər. Baxmayaraq ki, oyunçular saytlarda oyun keçirmək üçün hesabı qeyd edə bilərlər. Sayt ianələr hesabına maliyyələşdirildiyi üçün, lichess reklamsızdır və bütün xüsusiyyətlər pulsuzdur.

Lichess fransız proqramçısı Thibault Duplessis tərəfindən qurulub. Dünyada ən məşhur internet şahmat serverlərindən biri olaraq, chess.com-dan sonra 2-ci yeri tutur.

Həmin kateqoriyadan