VİDEO
Respublika stadionunun açılışı ilə bağlı tarixi kadr

“Azərbaycantelefilm” yaradıcılıq birliyi hazırda böyük Azərbaycan hakimi Tofiq Bəhramov adını daşıyan respublika stadionu ilə bağlı tarixi kadrlar yayımlayıb.

Allsport.az saytı xəbər verir ki, 1951-ci ildə lentə alınan bu kadrlar futbol qurğusunun açılışına həsr olunub. Həmin dövrdə 45 min tamaşaçı tutumu olan stadionun ətrafının boş ərazilərlə geniş olması diqqət çəkir.

Həmçinin videoda açılış günü “Neftçi” ilə “Spartak” arasındakı görüşdən də görüntülər yer alıb.

Həmin kateqoriyadan