Ronaldunun təmiz qolu sayılmadı

DÇ-2022-nin ələməsində millimizin yer aldığı “A” qrupunda Serbiya – Portuqaliya matçında (2:2) qalmaqallı epizod baş verib. Allsport.az xəbər verir ki, ulduz hücumçusu Kriştianu Ronaldunun 90+3-cü dəqiqədə vurduğu zərbə qapı xəttini təmiz keçsə də, hakimlər bu qolu qeydə almayıb.

“Yuventus”lu oyunçu etiraz olaraq, kapitanlıq bazubəndini yerə atıb. Mətbuat konfransında Portuqaliya yığmasının baş məşqçisi Fernandu Santuş baş hakim Deni Makkelinin epizodun təkrarına baxdıqdan sonra onlardan üzr istədiyini bildirib.

Həmin kateqoriyadan