Rövnəq Abdullayev daha milli məclisdə olmayacaq

SOCAR və AFFA-nın prezidenti Rövnəq Abdullayev fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkisində iştirak etməyəcək.

Allsport.az xəbər verir ki, siyahıda YAP üzvü olan bir sıra tanınmış, əvvəl deputat olmuş şəxslər yer almayacaq. Onların arasında Rövnəq Abdullayev də var. YAP yüksək dövlət vəzifəsi tutan şəxslərin parlamentdə təmsil olunmasını məqsədəuyğun hesab etməyib.

Abdullayev üç çağırış milli məclisin deputatı olub.

Həmin kateqoriyadan