Rövnəq Abdullayev Gürcüstanda tədbirdə qalib idmançılarımızı mükafatlandırıb

“Bu gün Azərbaycan həm də idman ölkəsi kimi tanınır. Yüksək səviyyəsində göstərilən diqqət və qayğı ölkəmizin idman şərəfinin artmasına, dünyada idman ölkəsi kimi tanınmasına səbəb olub”. Allsport.az saytı xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov yerli idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə söyləyib.

Tədbirdə Barselonada karatenin kyokuşin növü üzrə Avropa çempionatında qalibi Kəmalə Məmmədova, Antalyada gənc boksçuların qitə birinciliyinin qızıl medalçısı Sahil Allahverdiyev, eləcə də AFFA, Cüdo federasiyası və SOCAR-ın prezidentləri Rövnəq Abdullayev, Gürcüstan parlamentinin deputatları Savalan Mirzəyev, Mahir Dərziyev, Ruslan Hacıyev, Tamaz Naveriani və digər rəsmi şəxslər iştirak ediblər. Azərtac.az-ın məlumatına görə, səfir Azərbaycanda əsası ümummilli Heydər Əliyev tərəfindən qoyulmuş idman siyasətini prezident İlham Əliyevin uğurla davam etdirildiyini xatırladıb

“Bu qayğının nəticəsidir ki, idmançılarımızın uğurları günbəgün artır. Bu gün respublikamızın bütün rayonlarında müasir idman kompleksləri inşa olunaraq istifadəyə verilib. Azərbaycan ilk Avropa oyunlarını, formula1, 4-cü İslam həmrəyliyi oyunlarını və digər beynəlxalq idman yarışlarını yüksək səviyyədə təşkil etməklə, dünyanda layiqli yer tutub”.

Sonra Rövnəq Abdullayev çıxış edərək idmançıları təbrik edib. O deyib ki, SOCAR təkcə Azərbaycanda deyil, qonşu və dost Gürcüstanda da elmin, təhsilin və idmanın inkişafına böyük önəm verir. Ölkə başçımızın da dediyi kimi, məqsəd neft kapitalını insan kapitalına çevirməkdir. Bunun üçün də əlimizdən gələni edəcəyik. SOCAR-ın prezidenti gürcüstanlı idmançıları Azərbaycanın “Neftçi” klubu ilə əməkdaşlığa dəvət edib. Daha sonra idmançılara hədiyyələr təqdim olunub.

Həmin kateqoriyadan