Rövnəq Abdullayev Heydər Əliyev adına İdman Sarayında son hazırlıqla tanış olub

Xəbər  verdiyimiz kimi, mayın 6-8-də Bakıda ümummilli  lider Heydər Əliyevin xatirəsinə cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında təşkil olunacaq mötəbər yarışda 82 ölkədən 519 cüdoçu qüvvəsini sinayacaq. Turnirin keçiriləcəyi idman sarayında sürətlə dəvam etdirilən hazırlıq işləri yekunlaşmaq üzrədir.

Azərbaycan Cüdo Federasiyasının prezidenti  Rövnəq Abdullayev görülən hazırlıq işləri ilə tanış olmaq üçün idman sarayına baxış keçirib. Federasyanın vitse-prezidenti Sadıq Sadıqov həyata keçirilmiş işlərlə bağlı qurum rəhbərinə məlumat verib. Federasiya prezidenti idman arenasının turnirə yüksək səviyyədə hazırlanmasından məmnunluğunu bildirib və müəyyən tapşırıqlar verib.

Həmin kateqoriyadan