Rövşən Bayramov voleybolçu həmkarı ilə Bakı-2015-in təbliğat kampaniyasında

Bakı-2015-in İdman elçilərindən olan Rövşən Bayramov Avropa «dördiliy»in ən böyük idman bayramının sosial yönlü təbliğat kampaniyasında iştirak edib.

Allsport.az saytı xəbər verir ki,  «Anam üçün. O, hər şeyin yaxşısına layiqdir» şüarı ilə çıxış edən titullu güləşçi, ilk qitə oyunlarında valideyninə qələbə qazanmağa söz verdiyini nümayiş etdirib.

Bu xoş təşviq fotosunda onun tərəf müqabili milli komandamızın ən cazibədar voleybolçularından olan Ayşən Abduləzimovadır. Hər 2 idmançı pərəstişkarlarına hava öpuşu göndərməyi də unutmayıb.

Həmin kateqoriyadan