Rus dilindən imtina etdi və model olmaq qərarına gəldi

Hazırda İspaniyada yaşayan rusiyalı 2-qat olimpiya çempionu Yelena İsinbayeva, uzun müddət sonra ilk dəfə sosial şəbəkələrə qayıdıb.

Allsport.az xəbər verir ki, o fotolar yayımlayıb. Şəkildə sadə görünüşdə – ağ köynək və ağ cins şalvarda görünüb. İdmançı etiraf edib ki, onun yeni arzusu model olmaqdır. Görünür, bu fotoşəkilləri onun ilk addımları hesab etmək olar.

Digər bir yenilik isə onun rus dilindən imtina etməsidir. Keçmiş idmançı profil adını və fotoşəkilin başlığını ingilis dilində yazıb.

Yelena İsinbayeva sonuncu dəfə prezident Vladimir Putinlə şəklini profilindən sildiyi zaman böyük qalmaqalla üzləşmişdi. Düzdür, o zaman mətbuat katibi Peskov və həyat yoldaşı onun tərəfini tutdular. Onlar qeyd etdilər ki, Yelenanın Rusiya idmanına hansı töhfələr verdiyini unutmaq olmaz.

Həmin kateqoriyadan