- Baxış sayı: 68
- 07 May 2026 16:43
- Baxış sayı: 167
- May 08, 2026
- 0
Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında bu gün V turun görüşləri keçiriləcək.
Allsport.az xəbər verir ki, ilk 4 turu 3 qələbə və 1 heç-heçə ilə başa vuran kişilərdən ibarət Azərbaycan komandası Rusiya ilə qarşılaşacaq. Hazırda hər 2 komanda hərəyə 7 xalla 1 – 3-cü yerləri bölüşdürür.
Qadın yığması isə Ukrayna ilə üz-üzə gələcək. Bu komandalar hazırda 6 xala malik 5 ölkə ilə birlikdə 3 – 7-ci yerlərdə gedirlər.
IV turda Azərbaycanın kişilərdən ibarət komandası Macarıstanla 2:2 hesablı heç-heçə edib. Qadın millisi isə Almaniyaya qalib gəlib – 3:1.