Rusiyalı dünya çempionu hansı səbəbdən “Shamkir Chess” superturnirindən imtina edib?

Dünya şöhrətli şahmatçı Vüqar Həşimovun xatirəsinə “Shamkir Chess-2018” superturnirində iştirakçıların siyahısında dəyişiklik edilib.

Allsport.az saytı xəbər verir ki, sabiq dünya çempionu Vladimir Kramnik təşkilat komitəsinə məktub ünvanlayaraq, Berlində keçirilən iddiaçılar turnirindən sonra istirahətə ehtiyacı olduğunu qeyd edib və onun başqası ilə əvəz olunmasını xahiş edib. Rusiyalı qrossmeyster sonra yarış iştirakçılarına uğurlar arzulayıb, növbəti illərdə bu yarışa böyük məmnuniyyətlə qatılacağını yazıb.

Onun əvəzinə ölkəmizə Polşa millisinin üzvü Radoslav Voytaşek (2744) səfər edəcək. Tədbirin təntənəli açılışı aprelin 18-də Şəmkirin Heydər Əliyev Mərkəzində keçiriləcək. İsveçrə sistemi üzrə 9 turdan yarışa ayın 28-də yekun vurulacaq.

Həmin kateqoriyadan