Rusiyalı dünya çempionu: “Təşkilatçılıq yüksək səviyyədədir”

Bakıda təşkil edilən şahmatçıların Dünya Kubokunda mübarizəni dayandıran Vladimir Kramnik yarış haqinda danışıb. Allsport.az saytı xəbər verir ki, rusiyalı dünya çempionu təşkilatçılığı yüksək qiymətləndirib: “Təşkilatçılıq barədə şərh verməyə ehtiyac yoxdur. Hər şey yüksək səviyyədədir. Sadəcə, biz şahmatçıların bütün diqqəti Dünya Kubokuna yönəlib.

Ona görə bəzən hər bir detalı görmək imkanımız olmur. Məsələn, mənə dedilər naharda həm yerli, həm də Avropa mətbəxinə yer ayrılıb. Amma inanın fikir verməmişəm. Nahara gələndə tələsik yeyirəm. Çünki, oyuna az vaxt qalır, hazırlaşmaq vacibdir.

Avropayla saat fərqi olduğu üçün ilk günlər səhər tezdən oyanmaq mənim üçün çətin olurdu, sonradan öyrəşdim. Lakin yenə də səhər tezdən oyanmıram.  Şəmkirdə olanda da oyanmaqla bağlı problem olurdu”.

 

Həmin kateqoriyadan