Rusiyalı qrossmeyster: Rəqibin səhvləri üstünlük qazanmağa imkan verdi

Bakıda keçirilən şahmat üzrə qran-pri turnirində 8-ci turda Şəhriyar Məmmədyarovla bərabər oynayan Sergey Karyakin jurnalistlərin suallarına cavab verib. Allsport.az saytı xəbər verir ki, o, heç-heçədən razı oldiğunu deyib:

“Partiyaya yaxşı başladım. Üstünlük qazandım. Rəqibin səhvləri mənə üstünlük qazanmağa imkan verdi. Amma istədiyimi reallaşdıra bilmədim. Heç-heçə yaxşı nəticədir.

Lakin qələbə qazanmaq imkanlarım var idi. Qələbə üçün lazım olan gedişləri tapa bilmədim. Şəhriyarin yaxşı müdafiə olunmasını qeyd etməliyəm. Mənim üçün hücum qurmaq çox çətin oldu. Məmmədyarovun yaxşı müdafiə olunması heç-heçəni qaçılmaz etdi.”

Həmin kateqoriyadan