Rusiyalı şahmat mütəxəssisi: “Məmmədyarov Karyakinlə görüşdə daha şanslıdır”

Tanınmış şahmat mütəxəssisi Gennadi Sosonka Dünya Kubokunun 1\4 final mərhələsində bu gün oynanılacaq  Şəhriyar Məmmədyarov – Sergey Karyakin görüşü haqda fikrini bildirib. Allsport.az saytı xəbər verir ki, o, yarışın mətbuat xidmətinə açıqlamasında həmterlimizin daha şanslı sayıb:

“Hər iki şahmatçı böyük təcrübəyə malikdir. Məmmədyarov uzun müddətdir Azərbaycan yığmasında çıxış edir. Karyakin Rusiya millisində əsas şahmatçılardan sayılır. Bakıdakı görüş fərqlidir. Əgər Dünya Kubokunda göstərilən oyunu nəzərə alsaq fikrimcə Məmmədyarov daha şanslıdır. Proqnoz vermək çətin olsa da, məncə Şəhriyar Karyakini üstələyə bilər. Şanslar 55%-in 45%-ə nisbətidir, təbii ki, Məmmədyarovun xeyrinə”.

Qeyd edək ki, tərəflər 2 dəfə qarşılaşacaq. Qalib məlum olmasa duelin taleyi tay-brekdə həll olunacaq. Dünya Kubokuna oktyabrın 5-də yekun vurulacaq.

Həmin kateqoriyadan