Ruslan Abışovdan 150-ci oyunda 10-cu qol

“Qəbələ”nin futbolçusu Ruslan Abışov üçün Topaz Premyer Liqasının 23-cü turu iki yubileylə əlamətdar olub. Allsport.az xəbər verir ki, “Xəzər Lənkəran”la qarşılaşmada Azərbaycan çempionatlarında 150-ci matça çıxan müdafiəçi 10-cu qolunu vurub.

Bununla da komandasının 3:1 hesablı qələbəsində pay sahibi olan 28 yaşlı futbolçu Premyer Liqada 2006/07 mövsümündə debüt edib.

İlk görüşünü “Neftçi”nin heyətində keçirən arxa xətt oyunçusu paytaxt təmsilçisində 115 matçda 7, “Xəzər Lənkəran”da isə 17 qarşılaşmada 1 qol vurub. “Qəbələ”də ilk mövsümünü keçirən Abışov 18 oyunda 2-ci dəfə fərqlənməklə qol sayını 10-a çatdırıb.

mövsüm

klub

oyun

qol

2006/07

Neftçi (Bakı)

7

0

2007/08

Neftçi (Bakı)

12

0

2008/09

Neftçi (Bakı)

16

0

2009/10

Neftçi (Bakı)

25

0

2010/11

Neftçi (Bakı)

25

2

2011/12

Neftçi (Bakı)

30

5

2012/13

Xəzər Lənkəran

17

1

2014/15

Qəbələ

18

2

Cəmi

150

10

Həmin kateqoriyadan