- Baxış sayı: 51
- 03 Avqust 2026 23:33
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0
Xorvatiyanın “Hayduk” klubu yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun komandası “Rovin”lə qarşılaşıb.
Matç futbolçumuzun klubunun 7:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Ruslan sonadək mübarizə aparıb. Elə komandasının ilk qolunu da 5-ci dəqiqədə Qurbanov vurub.
Qeyd edək ki, Ruslan komandasının son çempionat oyununda iştirak hüququ qazana bilməmişdi.