Səbinə Mustafayeva: Təcrübəmiz çox olsaydı, “İdman akademiyası”na qalib gələ bilərdik

Şağan olimpiya idman kompleksində qadın həndbolçuların ölkə çempionatının 5-ci turunda “Azərsu” və “İdman akademiyası” arasında görüş yenə heç-heçə bitdi. Maraqlıdır ki, bu komandalar arasında ilk dövrədə də hesab 24:24 olmuşdu. Hazırda hər 2 klub eyni xala malikdir və 3-cü yeri qazanmaq üçün rəqiblər top fərqində bir-birilərini üstələməlidirlər.

Sözü gedən matçda “Azərsu”nun mərkəz hücumçusu Səbinə Mustafayeva “İdman akademiyası”nın qapısından 7 top keçirdi. O, allsport.az saytına son durumu belə dəyərləndirdi: “Bu komanda gəncdir və tamam başqa heyətlədir. Bu, əski “Azərsu” deyil, burada ölkə çempionatında 1-ci dəfə çıxış edən gənc qızlar var.

Düşünürəm ki, komandanın təcrübəsi daha çox olsaydı, bu oyunda qalib gəlmək fürsətimiz çox olardı. Məncə, bu görüşdə uda bilərdik, amma azacıq imkan çatmadı. “İdman akademiya”sının qızlarına da alqış düşür, onlar layiqli rəqibdirlər”.

Həmin kateqoriyadan