Şəfəq Hüseynli: Azərbaycanlı jurnalistlər yüksək peşəkarlıq nümayiş etdirir

Milli mətbuat günü ilə əlaqədar Azərbaycan milli antidopinq agentliyi KİV nümayəndələri üçün tədbir təşkil edib. Allsport.az saytı xəbər verir ki, toplantıda çıxış edən AMADA-nın direktoru Şəfəq Hüseynli, həmkarlarımızı peşə bayramları münasibəti ilə təbrik edib, “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşrindən keçən 146 il ərzində Azərbaycan mətbuatı böyük inkişaf yolu keçdiyini qeyd edib.

İndi ölkəmizdə öz ənənələri olan peşəkar mətbuat mövcuddur. 44-günlük 2-ci Vətən müharibəsi zamanı informasiya savaşında azərbaycanlı jurnalistlərin nümayiş etdirdiyi yüksək peşəkarlıq da bunu göstərir. O, dopinq nəzarətinin həyata keçirilməsində KİV-in roluna da toxunub.

Bildirib ki, ədalətli və təmiz idmanın təbliği baxımından  mətbuatın çox geniş imkanları var. Kütləvi informasiya vasitələri ilə sıx əməldaşlıq edən  AMADA bununla bağlı müxtəlif layihələr həyata keçirir. AMADA-nın media ilə münasibətləri şəffaflıq, operativlik və informasiya əlçatanlığına əsaslanır. Sonra Şəfəq Hüseynli jurnalistlərin suallarını cavablandırıb.

Həmin kateqoriyadan