Şəhidlərin xatirəsinə şahmat yarışlarının qalibləri mükafatlandırıldı

Ötən ilin iyulunda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan milli qəhrəman, polkovnik İlqar Mirzəyevin və 2-ci Vətən müharibəsi şəhidi, baş leytenant İlkin Məmmədzadənin xatirəsinə onlayn şahmat turnirlərinin qaliblərinin mükafatlandırılması olub.

Allsport.az saytı xəbər verir ki, Bakı şəhər gənclər və idman baş idarəsində keçirilən tədbirdə şəhid İlqar Mirzəyevin qardaşı Rafael Əsədulov, şəhid İlkin Məmmədzadənin anası Fatma Məmmədova, baş İdarənin rəisi Raqif Abbasov, “İctimai” radionun direktoru, “Breyn Rinq” layihəsinin aparıcısı DJ Fateh və turnirin baş hakimi Fidan Talıbova iştirak ediblər.

Həmin kateqoriyadan