Şəhriyar 3-cü turda da heç-heçə edib

Belqradda FİDE qran-pri seriyasının 2-ci mərhələsinin üçüncü turunun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Şəhriyar Məmmədyarov “D” qrupunda 3-cü görüşündə rusiyalı Aleksandr Predke ilə heç-heçə edib. O bundan əvvəlki 2 turda da xalı yarı bölüb.

Qrupda hər 4 şahmatçının hesabında 1,5 xal var. Seriyada ümumilikdə 24 şahmatçı iştirak edir. Hər turnirdə isə 16 oyunçu mübarizə aparır. Şahmatçıların hər biri seriyanın maksimum 2 turnirində oynaya bilər. Şəhriyar Məmmədyarov, həmçinin seriyanın 3-cü mərhələsində də iştirak edəcək.

Oyunçular hər turnirin nəticəsinə görə qran-pri xalları yığacaqlar. Ümumi hesabda ən çox xal toplayacaq 2 şahmatçı, 2022-ci il “şahmat tacı”na iddiaçılar turnirinə vəsiqə qazanacaq.

Həmin kateqoriyadan