- Baxış sayı: 68
- 07 May 2026 16:43
- Baxış sayı: 160
- May 08, 2026
- 0

Bu gün Şəhriyar Məmmədyarov “Champions Chess Tour”un ilk mərhələsi olan “Airthigs Masters” turnirində mübarizəyə başlayır.
Allsport.az saytı xəbər verir ki, şahmatçımız turnirin 1-ci günündə 4 turda iştirak edəcək. O, ilk 3 turda rusiyalı şahmatçılar Andrey Yesipenko, Yan Nepomnyaşi və Aleksandra Kostenyuk ilə mübarizə aparacaq. Günün son partiyasında şahmatçımız almaniyalı Vinsent Keymer ilə qarşılaşacaq.
Yarışın ilkin mərhələsi dairəvi sistemlə keçiriləcək və 16 oyunçudan yalnız 8-i pley-offa yüksələcək. Turnir fevralın 26-dək davam edəcək.