- Baxış sayı: 68
- 07 May 2026 16:43
- Baxış sayı: 173
- May 08, 2026
- 0

COVİD-19 üzündən yarımçıq dayandırılan şahmat üzrə Almaniya bundesliqası başa çatıb.
Allsport.az xəbər verir ki, millimizin öncülü Şəhriyar Məmmədyarov qalan 4 turu yaxşı səviyyədə keçirməklə “Vernheym” komandasıyla gümüş medala yetişib (12 xal).
Həlledici görüşdə “Baden-Baden” üzərində qələbə ona qızıl medal qazandıracaqdı. Amma bu klub rəqibə 3,5:4,5 yenilib. Həmyerlimiz ilk lövhədə şahmat tacına iddialı Fabiana Karauna ilə sülh bağlayıb.
Bundan əlavə, “Şah” reytinq cədvəlində irəliləməyi də bacarıb.