Şəhriyar ilk günü sülhlə bitirdi

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə Çempionlar Turunun “New In Chess” adlı 5-ci mərhələsində həlledici raundun ilk görüşləri baş tutub. Allsport.az xəbər verir ki, yarımfinalda ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzan Şəhriyar Məmmədyarov 3-cü yer uğrunda görüşdə Levon Aronyanla (Ermənistan) qarşılaşıb.

Şahmatçımız ilk oyun günündə rəqibi ilə heç-heçə razılaşıb – 2:2. Qalib bu gün keçiriləcək ikinci final gününün yekununda müəyyənləşəcək. Qarşılaşmaların ardından qalib bilinməsə, tay-brek oynanılacaq.

Çempionluq oyununda isə Karlsenlə Nakamura üz-üzə gəlib. 4 görüşün yekununda dünya çempionu qalib gəlib – 3:1.

Həmin kateqoriyadan