Şəhriyar ilk yarımfinal görüşlərini uğursuz keçirdi

Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi çempionlar turunun “New In Chess” adlı 5-ci mərhələsində ilk yarımfinal görüşlərini keçirib. Allsport.az xəbər verir ki, 36 yaşlı qrossmeyster bu raundda ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşıb.

Mübarizəyə qara fiqurlarla başlayan Məmmədyarov ilk partiyada uduzsa da, növbəti görüşdə ağ fiqurlarla qələbə qazanıb. Son 2 partiyada da rəqibinə uduzan şahmatçımız, finala çıxmaq fürsətini azaldıb.

Yarımfinalın digər görüşləri aprelin 30-da keçiriləcək. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.

Həmin kateqoriyadan