Şəhriyar Məmmədyarov 1/8 finalın ilk görüşündə Fabiano Karuanaya qalib gəldi

Bakıda keçirilən şahmatçıların Dünya Kubokunda tək təmsilçisiz qalan Şəhriyar Məmmədyarov (2736) uğurlu çıxışını davam etdirir. Allsport.az saytı xəbər verir ki, bu gün həmyerlimiz 1/8 finalda amerikalı Fabiano Karuana (2808) ilə göüşüb.

Ağ fiqurlarla oynayan «Şah» mittelşpildə təşəbbüsü yiyələnib. Rəqibin şah cinahına kəsərli həmlə edən qrossmeysterimiz 39-cu gedişdə ABŞ şahmatçısını təslim olmağa məcbur edib. Sabah tərəflər 2-ci matça çıxacaqlar.

Xatırladaq ki, nokaut sistemi üzrə keçirilən bu yarışın qalibi və finalçısı dünya çempionu adı uğrunda matçda iddiaçıların turnirinə vəsiqə alacaq. Dünya Kubokunun ümumi mükafat fondu 1,6 milyon dollardır. Turnirin qalibi 96 min, finalçı 64 min qazanacaq.

Həmin kateqoriyadan