Şəhriyar Məmmədyarov ardıcıl 2-ci dəfə “Shamkir Chess-2017” superturnirini qazandı!

Vüqar Həşimovun xatirəsinə sayca 4-cü “Shamkir Chess-2017” superturniri başa çatıb. Allsport.az saytı xəbər verir ki, ilk mübarizədən öndərliyi ələ alan Şəhriyar Məmmədyarov sonuncu, 9-cu turda da özünə sərf edən nəticəni qazanaraq ardıcıl 2-ci dəfə bu yarıçın qalibi olub. Son dövrdə zəif təsir bağışlayan Teymur Rəcəbov yenə heç-heçə ilə turniri 8-ci sırada bitirib.

IX tur

Maykl Adams (2761, İngiltərə) – Radoslav Voytaşek (2745, Polşa) – 0,5:0,5
Pentala Harikrişna (2755, Hindistan) – Uesli So (2822, ABŞ) – 0,5:0,5
Şəhriyar Məmmədyarov (2772, Azərbaycan) – Veselin Topalov (2741, Bolqarıstan) –  0,5:0,5
Pavel Elyanov (2751, Ukrayna) – Vladimir Kramnik (2811, Rusiya) –  0:1
Teymur Rəcəbov (2710, Azərbaycan) – Sergey Karyakin (2783, Rusiya) – 0,5:0,5

Yarış cədvəli: 1. Ş.Məmmədyarov – 5,5 xal; 2. V.Kramnik, 3. U.So, 4. V.Topalov – 5; 5. S.Karyakin,  6. R.Voytaşek, 7. M.Adams – 4,4; 8. T.Rəcəbov – 4; 9. P.Elyanov, 10. P.Harikrişna – 3,5.

Həmin kateqoriyadan