Şəhriyar Məmmədyarov: “Atam həm də mənim müəllimimdir”

Dünya Kuboku günlərində Şəhriyar Məmmədyarova atası Həmid dəstək olur. Allsport.az saytı xəbər verir ki, şahmatçımız atasının hər oyun yanında olmasının ona kömək etdiyini bildirdi: “Atam həm də mənim müəllimimdir. Kiçik yaşlarımdan şahmata həvəs yaratdı.

Reytinqim 2700-ə yüksələnə qədər mənimlə məşğul oldu. Sözsüz valideynin yanımda olması məsuliyyəti artırır. Hər oyunda məndən qələbə gözləyir. Karuanayla ikinci görüşdə heç-heçə oynadım. Bu nəticə məni 1\4 finala çıxarır, risk etməyə ehtiyac yox idi.

Amma partiyadan sonra atam yenə mənə dedi ki, “orada uduş var idi, niyə qalib gəlmədin? (gülür). Allah valideynlərimizi başımızın üstündən əskik etməsin”.

Həmin kateqoriyadan