Şəhriyar Məmmədyarov blitsdə mücadiləyə başlayır

Bu gün Buxarestdə “Grand Chess Tour 2019” seriya turnirinin blits yarışına start veriləcək. Allsport.az xəbər verir ki, Şəhriyar Məmmədyarov da yarışda mübarizə aparacaq.

Şəhriyar rapid yarışını 10 xalla tamamlayıb və 2-4-cü yerləri bölüşür. Ukraynalı şahmatçı Anton Korobov 12 xalla birinci pillədə qərarlaşıb.

Blits turniri 18 turdan ibarət olacaq. Şahmatçılar noyabrın 10-da daha 9 turda qüvvələrini sınayacaqlar. Turnirin mükafat fondu 150 min ABŞ dollardır.

“Grand Chess Tour 2019” turnirinin əvvəlki mərhələləri Abican, Zaqreb, Paris və Sent-Luis şəhərlərində keçirilib. Yarışın növbəti mərhələsi Kəlkətə şəhərində təşkil ediləcək. Final seriyasının matçları isə noyabrın 30-dan dekabrın 10-dək Londonda keçiriləcək.

Həmin kateqoriyadan