- Baxış sayı: 126
- 19 İyun 2026 18:40
- Baxış sayı: 195
- İyun 23, 2026
- 0
Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess-2015 turnirində IV turun oyunları başa çatıb. Allsport.az saytı xəbər verir ki, Synergy Group-un təşkilatçılığıyla keçirilən yarışın hesabat turunda Şəhriyar Məmmədyarov Niderland təmsilçisi Aniş Giriylə heç-heçə oynayıb. Partiyadan sonra “Şah” bunu deyib:
“Maraqlı oyun alındı. Tomaşevskiylə oynadığım partiyaya oxşayırdı. İstəyirdim uğur qazanım. Sadəcə, oyunun gedişində aşkar üstünlük hiss olunmadı. Buna görə heç-heçəyə razılaşdım.
4 turdan sonra müəyyən fikir söyləmək olar. Karlsenə məğlubiyyəti nəzərə almasaq, nəticə normaldır. Sadəcə, daha yaxşı oynamaq lazımdır. Növbəti 5 turda xal qazanmalıyam”.