Şəhriyar Məmmədyarov: Dinq Lirenlə görüşdə yeni debüt seçimi etdim

Vüqar Həşimovun xatirəsinə “Shamkir Chess”superturnirində 6-cı tur oynanılıb. Allsport.az saytı xəbər verir ki,  hesabat turunda Şəhriyar Məmmədyarov Çin təmsilçisi Dinq Lirenlə heç-heçə oynayıb. Qara fiqurlarla oynayan həmyerlimiz partiyadan sonra mətbuat konfransında bunu deyib:

“Berlindəki oyunu unutmamışam. Sadəcə, indi fərqli vəziyyətdir. İddiaçıların yarışında Lirenə uduzduğum partiyada ağ fiqurlarla oynayırdım. Berlində yalnız qələbə haqqında düşünürdüm. İndi qara fiqurlarla oynayırdım, ona görə heç-heçə normal nəticədir.

Yeni debüt seçimi etdim, sadəcə üstünlük qazana bilmədim. Rəqib çox ehtiyatlı oynayırdı. Ona görə də səhvlər demək olar ki, olmadı. Bununla belə qarşıdakı turlara daha ciddi hazırlaşacam. Çünki hələ turnir cədvəlində çox şey dəyişə bilər”.

Həmin kateqoriyadan