- Baxış sayı: 91
- 07 Avqust 2026 11:54
- Baxış sayı: 203
- Avqust 05, 2026
- 0
FIDE noyabr ayı üçün reytinq siyahısını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, milli komandamızın şahmatçısı Şəhriyar Məmmədyarov ötən ayla müqayisədə 2 pillə irəliləyib. O, indi 2799 xalla 4-cü yerdədir.
Digər qrossmeysterlərimizdən Teymur Rəcəbov 19-cu (2741), Arkadi Naydiç 44-cü (2700) və Rauf Məmmədov 58-cidir (2686).
Əmsal cədvəlində 2837 xalla yenə norveçli Maqnus Karlsen başçılıq edir.