Şəhriyar Məmmədyarov Dünya Kubokunda 1/4 finala yüksəldi!

Bakıda keçirilən şahmatçıların Dünya Kubokunda tək təmsilçisiz qalan Şəhriyar Məmmədyarov (2736) uğurlu çıxışını davam etdirir. Allsport.az saytı xəbər verir ki, dünən 1/8 finalda amerikalı Fabiano Karuananı (2808) 39-cu gedişdə təslim olmağa məğbur edən həmyerlimiz, bu gün heç-heçə edərək növbəti mərhələyə yüksəlib.

Xatırladaq ki, nokaut sistemi üzrə keçirilən bu yarışın qalibi və finalçısı dünya çempionu adı uğrunda matçda iddiaçıların turnirinə vəsiqə alacaq. Dünya Kubokunun ümumi mükafat fondu 1,6 milyon dollardır. Turnirin qalibi 96 min, finalçı 64 min qazanacaq.

Həmin kateqoriyadan