- Baxış sayı: 68
- 07 May 2026 16:43
- Baxış sayı: 167
- May 08, 2026
- 0
Azərbaycan milli komandasının üzvü Şəhriyar Məmmədyarov tarixi nəticə göstərib. Allsport.az saytı xəbər verir ki, şahmatçımız yeni əmsal cədvəlində 5-ci yerə yüksəlib və xalları 2801-ə çatdırıb.
O bu idman növündə 2800 reytinq balını keçmiş 13-cü qrossmeyster olub. Şəhriyar uğura yetişən ilk müsəlman və türk idmançı kimi də tarixə düşüb.
Xatırladaq ki, onun yüksəlməsində əsas rolu ötən ay Vüqar Həşimovun xatirəsinə Şəmkirdə keçirilmiş superturnirdə 1-ci yer tutmasıdır. “Şah” 9 oyundan 5,5 xal yığıb, bundan 3-ü qələbə ilə nəticələnib.