Şəhriyar Məmmədyarov: “Hər şeyi əldə etməyə çalışacam”

Şahmatçımız Şəhriyar Məmmədyarov sosial şəbəkə hesabında 2020-ci ildə keçiriləcək iddiaçılar turnirinə vəsiqə qazana bilməməsindən yazıb.

Allsport.az xəbər verir ki, 34 yaşlı qrossmeyster növbəti illərdə bunu bacaracağını qeyd edib:

“Əziz şahmatsevər dostlar, çox heyf ki, iddiaçılar turnirinə çıxa bilmədim, amma hər şey yaxşıdır. Növbəti iki il üçün var qüvvə ilə çalışıb, hər şeyi əldə etməyə çalışacam. Mənə dəstək olduğunuz üçün çox sağ olun”.

Şəhriyar İsrailin Yerusəlim şəhərində keçirilən qran-prinin həlledici – IV mərhələsinin 1/8 finalında rusiyalı Dmitri Yakovenkoya məğlub olub.

Həmin kateqoriyadan