Şəhriyar Məmmədyarov liderdən yarım xal geri qalır

Dohada “Qatar Masters Open 2015” beynəlxalq şahmat turniri davam edir. Allsport.az xəbər verir ki, turnirə 141 şahmatçı, o cümlədən 89 qrossmeyster qatılıb. Azərbaycanı qrossmeyster Şəhriyar Məmmədyarov təmsil edir.

Beş turdan sonra 4,5 xal toplayan Maqnus Karlsen (Norveç) irəlidədir. Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov, habelə Surya Şekar Qanquli (Hindistan), Aniş Giri (Hollandiya), Sergey Karyakin, Vladimir Kramnik (hər ikisi Rusiya), Dariuş Sverç (Polşa), Uesli So (ABŞ), Yuy Yani liderdən yarım xal geri qalırlar.

Turnirin 130 min ABŞ dolları məbləğində mükafat fondu uğrunda 32 ölkənin təmsilçiləri mübarizə aparırlar. “Qatar Masters Open 2015” İsveçrə sistemi üzrə 9 turda keçirilir. Turnirin qalibləri dekabrın 30-da müəyyən olunacaq.

Həmin kateqoriyadan