Şəhriyar Məmmədyarov iddiasını davam etdirir

Qüdsdə mükafat yarışının sonuncu mərhələsi keçirilir. Allsport.az xəbər verir ki, ölkəmizi bu turnirdə iddiaçılar turnirinə vəsiqə qazanmaq uğrunda şansları olan Şəhriyar Məmmədyarov təmsil edir.

Ümumi hesabda 10 xalla üçüncü pillədə qərarlaşan Məmmədyarovu rusiyalı Aleksandr Qrişuk (20 xal) və fransalı Maksim Vaşye-Laqrav (13 xal) qabaqlayır.

Şəhriyar Məmmədyarov ilk raundda rusiyalı Dmitri Yakovenko ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Qalib ikinci raundda Sergey Karyakin (Rusiya) – Pentala Harikrişna (Hindistan) cütünün güclüsü ilə üz-üzə gələcək.

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov səhhəti ilə əlaqədar olaraq “Grand Prix 2019” seriyasının dördüncü mərhələsində iştirak etməyəcək.

Həmin kateqoriyadan