Şəhriyar Məmmədyarov mübarizəyə başlayır

Bu gün FIDE-nin və chess24.com-un təşkilatçılığı ilə blits üzrə onlayn Vilhem Steynits memorialı start götürür. Allsport.az xəbər verir ki, həm açıq turnirdə, həm də qadınların yarışında 10 şahmatçı iki dövrədə mübarizə aparacaq.

Açıq turnirdə Şəhriyar Məmmədyarov ilə yanaşı, Maqnus Karlsen, rusiyalılar – Aleksandr Qrişuk, Piter SvidlerDaniil Dubov, ABŞ şahmatçı Cefri Ksionq, ukraynalı Anton Korobov, çinli Ksiyanci Bu, ispaniyalı David Quiyarro və vyetnamlı Le Quanq Liem də qatılıblar.

18 turdan ibarət yarışın ümumi mükafat fondu 30 min avrodur.

Həmin kateqoriyadan