Şəhriyar Məmmədyarov “Naxçıvan-2016”da mübarizə aparır

Naxçıvan Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə beynəlxalq festivalına start verilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə çıxış edən beynəlxalq dərəcəli hakim, “Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalının baş hakimi Faiq Həsənov ölkəmizdə, o cümlədən Naxçıvanda şahmatın inkişafı və kütləviliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini bildirib.

Qeyd edilib ki, muxtar respublikada şahmat infrastrukturunun müasirləşdirilməsi, şahmatçıların fəaliyyətinin dəstəklənməsi peşəkar idmançılar nəslinin yetişməsinə səbəb olub. Artıq naxçıvanlı şahmatçılar ölkəmizdə və dünyada keçirilən yarışlarda uğurla çıxış edirlər. Görülən işlərin nəticəsidir ki, Naxçıvanda FİDE ustası, qrossmeyster, beynəlxalq hakim və beynəlxalq usta dərəcələri alan şahmatçılar yetişib. Faiq Həsənov muxtar respublikada şahmatın inkişafı sahəsində həyata keçirilən tədbirlərə görə minnətdarlıq edib.

Sonra yarışlara start verilib. Faiq Həsənov Azərtac.az-a müsahibəsində bildirib ki, “Naxçıvan-2016” beynəlxalq şahmat festivalında 11 ölkədən 340-a yaxın şahmatçı iştirak edir. Yarış 3 yarımqrupda keçiriləcək. Burada dünya və Avropa çempionu olmuş şahmatçılar, beynəlxalq qrossmeysterlər, beynəlxalq şahmat və FİDE ustaları iştirak edirlər.

Həmin kateqoriyadan