Şəhriyar Məmmədyarov: «Rəqibim güclü idmançı idi»

Bu gün «Fairmont» mehmaxanasında şahmatçıların Dünya Kuboku start götürdü. Allsport.az saytı xəbər verir ki, 45 ölkədən 128 zəka sahibinin mübarizə apardığı yarışda ölkəmizi Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Vasif Durarbəyli təmsil edirlər. Turnirin ümumi mükafat fondu 1,6 milyon dollardır. Qalib şahmatçı 120.000-ə sahib olacaq.

Bizdən ilk qələbə müjdəsi «Şah»dan gəldi. 1/64 finalda ağ fiqurlarla hindistanlı Pouya İdani ilə görüşən Şəhriyar Məmmədyarov, 38-ci gedişdə rəqibini təslim olmağa məcbur etdi. Qrossmeyster, KİV-ə açıqlamasında qələbəyə belə şərh verdi:

«Rəqibim güclü idmançı idi. O, gənclərin dünya çempionudur. Oyununa baxanda, gələcəkdə yaxşı şhmatçı olacağını söyləmək olar. Bu yarışa ciddi hazırlaşmışam. Ona görə ilk partiyada erkən qalib gəldim. Sabah məni ABŞ-lı Qata Kamski ilə çətin oyun gözləyir. Həmin matçı da qalib bitirib, növbəti günə, istirahətə xoş ovqatda yollanmaq istəyirəm».

Həmin kateqoriyadan