Şəhriyar Məmmədyarov – Sergey Karyakin: Tərəflər 88-ci gedişdə sülh bağladı

Bakıda keçirilən şahmatçıların Dünya Kubokunda tək təmsilçisiz qalan Şəhriyar Məmmədyarov (2736) uğurlu çıxışını davam etdirir. Allsport.az saytı xəbər verir ki, bu gün həmyerlimiz 1/4 finalda Sergey Karyakinlə (2753) görüşüb.

Ağ fiqurlarla oynayan «Şah» endpildə cüzi üstünlük əldə etsədə, bunu qələbəyə çevirə bilməyib. Uzun çəkən partiyada tərəflər 88-ci gedişdə heç-heçəyə razılaşıblar. Sabah şahmatçılar 2-ci oyuna çıxacaqlar.

Xatırladaq ki, nokaut sistemi üzrə keçirilən bu yarışın qalibi və finalçısı dünya çempionu adı uğrunda matçda iddiaçıların turnirinə vəsiqə alacaq. Dünya Kubokunun ümumi mükafat fondu 1,6 milyon dollardır. Turnirin qalibi 96 min, finalçı 64 min qazanacaq.

Həmin kateqoriyadan