Şəhriyar Məmmədyarov “Shamkir Chess 2017”nin reytinq favoritini məğlub etdi

Şəhriyar Məmmədyarov “Shamkir Chess 2017”nin reytinq favoritini məğlub etdi

Bu gün mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə “Shamkir Chess 2017” turniri başlayıb. Allsport.az saytı xəbər verir ki, 4-cü dəfə keçirilən yarışın ilk turunda Azərbaycanın hər iki təmsilçisi qara fiqurlarla oynayıblar. Şəhriyar Məmmədyarov turnirin reytinq favoriti Uesli Soya qalib gəlib, Teymur Rəcəbov Pavel Elyanova uduzub.

I tur

Radoslav Voytaşek (2745, Polşa) – Vladimir Kramnik (2811, Rusiya) – 0,5:0,5
Veselin Topalov (2741, Bolqarıstan) – Maykl Adams (2761, İngiltərə) – 0,5:0,5
Uesli So (2822, ABŞ) – Şəhriyar Məmmədyarov (2772, Azərbaycan) – 0:1
Sergey Karyakin (2783, Rusiya) – Pentala Harikrişna (2755, Hindistan) – 0,5:0,5
Pavel Elyanov (2751, Ukrayna) – Teymur Rəcəbov (2710, Azərbaycan) – 1:0

Həmin kateqoriyadan