Şəhriyar Məmmədyarovdan ilk məğlubiyyət, Teymur Rəcəbov yenə heç-heçə etdi

Vüqar Həşimovun xatirəsinə “Shamkir Chess-2017” superturnirində 8-ci turunun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, bu tur Şəhriyar Məmmədyarova düşərli olmayıb. O, yarışsa ilk yenilgisini alıb. Teymur Rəcəbov isə yenə heç-heçə edib.

VIII tur

Sergey Karyakin (2783, Rusiya) –  Pavel Elyanov (2751, Ukrayna) – 1:0
Vladimir Kramnik (2811, Rusiya) – Maykl Adams (2761, İngiltərə) – 1:0
Radoslav Voytaşek (2745, Polşa) – Şəhriyar Məmmədyarov (2772, Azərbaycan) – 1:0
Uesli So (2822, ABŞ) – Teymur Rəcəbov (2710, Azərbaycan) – 0,5:0,5
Veselin Topalov (2741, Bolqarıstan) – Pentala Harikrişna (2755, Hindistan) – 0,5:0,5

Yarış cədvəli: 1. Ş.Məmmədyarov – 5 xal; 2-3. V.Topalov, U.So – 4,5; 4-7. S.Karyakin, V.Kramnik, R.Voytaşek, M.Adams – 4; 8-9. P.Elyanov, T.Rəcəbov – 3,5; 10. P.Harikrişna – 3.

Həmin kateqoriyadan