Şəhriyar Məmmədyarovun ilk yenilgisi

Niderlandın Veyk-an-Zey şəhərində şahmatçıların superturnirində 8-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, bu yarışda uğurlu çıxış edən, 13 iştirakçı arasında 7 görüşdə ən çox qələbə (4) qazanan Şəhriyar Məmmədyarov (2804) hesabat turunda gözlənilmədən yaxın izləyicilərindən olan Aniş Giriyə (2752) uduzub.

O, qaralarla 32-ci gedişdə niderlandlı rəqibinə təslim olub. Bu yenilgidən sonra yarış cədvəlində 3-hakimiyyərlilik yaranıb. Qrossmeysterimiz 5,5 xalda qalıb. Əvəzində, dünya çempionu Maqnus Karlsen (Norveç; 2834) və Aniş Giri onu haqlayıb.

Həmin kateqoriyadan