Şəhriyar və Günay Avropa oyunlarında iştirak edəcək

Allsport.az xəbər verir ki, Polşanın ev sahibliyi edəcəyi 3-cü Avropa oyunları çərçivəsində şahmat yarışları keçiriləcək.

Avropa şahmat ittifaqının məlumatına əsasən şahmat turniri iyunun 19-da olacaq.

Azərbaycan şahmat federasiyası artıq komandanın heyəti ilə bağlı ərizəni təşkilatçılara göndərib.

Polşadakı yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə təmsil edəcək.
Qaydalara əsasən 2 nəfərdən ibarət (1 kişi və 1 qadın şahmatçı) iştirakçı komandalar blitsdə mübarizə aparacaq. İştirakçı ölkələr beynəlxalq şahmat federasiyasının martın 1-də açıqlanan klassik şahmat üzrə reytinqinə əsasən seçilib.
Reqlamentə görə komandalar dairəvi sistemlə mübarizə aparacaq. İlk dörd yeri tutacaq ölkələr pley-off mərhələsinə vəsiqə qazanacaq.

Həmin kateqoriyadan